10/03/2020
15:02
1711
| A A A
Avropa çempionatı təxirə salına bilər

UEFA-ya üzv olan bəzi futbol federasiyaları yayda keçiriləcək Avropa çempionatının təxirə salınmasını istəyir. Bununla bağlı bəzi federasiyalar UEFA-ya müraciət edib.

Bildirilib ki, koronavirusun sürətlə yayılması səbəbindən bu addım atılıb.  Federasiyalar koronavirusa görə müvəqqəti dayandırılan yerli çempionatı başa vurmaq üçün Avropa çempionatının başqa vaxta keçirilməsini gözləyir. Qeyd olunub ki, mümkün variantlardan biri turnirin növbəti il keçirilməsi ola bilər.
Xəbərdə UEFA prezidenti Aleksandr Çeferinin bu ideyaya qarşı olduğu qeyd edilir. Onun turnirin vaxtında keçiriləcəyinə ümid etdiyi vurğulanıb.
 
Xatırladaq ki, AVRO-2020-nin oyunlarının 12 iyun – 12 iyul aralığında Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulub. Çempionatın 4 oyunu Bakıda olacaq.
(matc.az)