18/05/2020
21:28
599
| A A A
Daha iki ölkə AÇ-2020 ilə bağlı zəmanət verdi

Avropa çempionatının Şotlandiyanın Qlazqo şəhəri üzrə Təşkilat Komitəsi AÇ-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.

Goal.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Assosiasiya rəhbərliyi UEFA-ya yarışı keçirmək niyyətini təsdiqləyən məktub göndərib.

İspaniyanın Bilbao şəhəri də qitə birinciliyinin oyunlarını qəbul etməklə bağlı UEFA-ya zəmanət verib. Bu barədə TASS-a yerli Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bütün zəmanətləri dövlət orqanları verib: "Müqavilələr maraqlı tərəflər tərəfindən imzalanacaq. Hazırda Bilbaonun 2021-ci ildə matçları qəbul etməmək ehtimalı azdı".

Daha əvvəl Rusiya və Danimarka da AÇ-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.

Qeyd edək ki, AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək. (matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8575 səs