23/04/2021
15:25
1543
| A A A
AVRO-2020: UEFA Münhenlə bağlı qərar verdi

UEFA-nın Avropa çempionatının Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan oyunları ilə bağlı qərarı bəlli olub.

Goal.az xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında bu şəhərdəki matçların keçiriləcəyini təsdiqləyib.

Münhen şəhərində F qrupunun oyunları ilə yanaşı, 1/4 final qarşılaşması da gerçəkləşməlidir.

Daha əvvəl Bavariya vilayətinin rəhbərliyi qarşılaşmalar üçün azarkeşlərin mininal sayının artırılmasına razılıq verib. UEFA həmçinin İspaniyanın Sevilya şəhərinin Bilbaonun yerinə matçlara ev sahibliyi edəcəyi ilə bağlı qərar çıxarıb. İrlandiyanın paytaxtı Dublində keçirilməli olan qarşılaşmalar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.(report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11278 səs