23/04/2021
16:27
2001
| A A A
AVRO-2020-nin keçiriləcəyi şəhərlərin sayı azaldıldı - RƏSMİ

UEFA İcraiyyə Komitəsi Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin yekun siyahısını təsdiqləyib.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsininnin bugünkü iclasında təşkilatçı şəhərlərin sayının 12-dən 11-ə endirilməsi açıqlanıb.

Əvvəlcədən bilindiyi kimi, azarkeşlərlə bağlı təminat verməyən İrlandiyanın Dublin şəhəri ev sahibləri siyahısından çıxarılıb. Buradak keçirilməli olan qrup görüşlər Rusiyanın Sankt-Peterbur, 1/8 final mərhələsindəki oyun isə Londona həvalə olunub.

İspaniyanın Bilbao şəhəri də eyni səbəbdən ev sahibliyindən məhrum edilib. Bilbaoda keçirilməsi nəzərdə tutulan oyunlar Sevilyada olacaq.

Beləliklə, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Xatırladaq ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11275 səs