25/04/2021
18:20
1580
| A A A
Ukrayna millisində ağır itki

Shakhtar Donetsk ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Donetsk təmsilçisinin hücumçusu Junior Moraes zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə zədələnən Moraes azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Moraes Ukrayna milli komandasının da üzvüdür. Hücumçu zədə səbəbindən bu yay keçiriləcək AÇ-2020-ni buraxacaq.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.