28/04/2021
16:53
664
| A A A
Giqqz məhkəmədə ittihamları rədd etdi

İki qadına hücum etməkdə günahlandırılan futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqzin məhkəmə dinləməsi keçirilib.

Goal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Mançesterdə baş tutan dinləmədə ittihamları qəbul etməyib. Növbəti məhkəmə iclası mayın 26-da olacaq.

Veteran yarımmüdafiəçi 2020-ci ilin noyabrında rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. O, dindirildikdən sonra araşdırma başa çatanadək girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, vəziyyətlə əlaqədar Uels millisindən kənarlaşdırılan Rayan Giqqz AVRO-2020-də komandanın sükanı arxasında olmayacaq. Giqqzi bu vəzifədə köməkçisi Robert Peyc əvəzləyəcək. Britaniyalılar yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.(report)