17/05/2021
18:53
1583
| A A A
Barcelona-nın qapıçısı AVRO-2020-ni buraxacaq

Barcelona-nın futbolçusu Mark-Andre ter Ştegen dizindən əməliyyat olunacaq.

Goal.az xəbər verir ki, bu barədə almaniyalı qolkiper şəxsi instaqramında yazıb. 29 yaşlı oyunçu prosedurun mayın 20-də başlanacağını bildirib. Bu səbəbdən, ter Ştegen Avropa çempionatını buraxacağını əlavə edib.

Qeyd edək ki, AVRO-2020 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində keçiriləcək.