19/05/2021
17:25
2153
| A A A
Ulduz futbolçu Avropa çempionatından imtina etdi

Borussia Dortmund-un futbolçusu Marko Roys AÇ-2020-ni buraxacaq.

Goal.az xəbər verir ki, bu barədə alman yarımmüdafiəçi instaqram hesabında paylaşım edib. Dortmund təmsilçisinin kapitanı istirahətə ehtiyacının olduğu və yeni mövsümə daha yaxşı başlamaq istədiyi üçün AÇ-2020-də iştirak etməyəcəyini bildirib.

Almaniya millisində 44 oyuna çıxan Roys 13 qol vurub.