01/06/2021
12:54
1672
| A A A
AVRO-2020: İsveçrə millisinin heyəti bilindi

İsveçrə milli komandasının futbol üzrə Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, baş məşqçi Vladimir Petkoviç 29 nəfərlik ilkin heyətdən Qapıçı Qreqor Kobel, həmçinin iki hücumçu - Dan Ndoye və Andi Zekirini kənarlaşdırıb. Nəticədə "26-lığ"a 3 qapıçı, 10 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu düşüb.

Qapıçılar: Yann Zommer, Yonas Omlin, İvon Mvoqo

Müdafiəçilər: Manuel Akanci, Loris Benito, Eray Cömert, Niko Elvedi, Jordan Lotomba, Kevin Mbabu, Beçir Omeragiç, Rikardo Rodriges, Fabian Şer, Silvan Vidmer

Yarımmüdafiəçilər: Kristian Fassnaxt, Edimilson Fernandeş, Remo Froyler, Cerdan Şakiri, Cibril Sou, Qranit Caka, Denis Zakariya, Stiven Tsuber, Ruben Varqas

Hücumçular: Bril Embolo, Mario Qavranoviç, Admir Mehmedi, Haris Seferoviç

Qeyd edək ki, A qrupunda yer alan İsveçrə millisi ilk oyununu iyulun 12-də Bakıda Uelsə qarşı keçirəcək. İyulun 16-da Romada İtaliya ilə üz-üzə gələcək Vladimir Petkoviçin komandası iyulun 20-də yenidən Azərbaycan paytaxtında Türkiyəyə rəqib olacaq.