03/06/2021
13:26
2843
| A A A
Rusiya millisi də heyətini açıqladı - AVRO-2020

Rusiya milli komandasının Avro-2020 üçün yekun heyəti müəyyənləşib.

Goal.az xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının saytı məlumat yayıb. Əvvəlcə genişləndirilmiş olan 30 nəfərlik siyahıdan 4 futbolçunun adı çıxarılıb. Bunlar qapıçı Andrey Lunev, müdafiəçilər Roman Yevgenyev və İlya Samoşnikov, eləcə də yarımmüdafiəçi Arsen Zaxaryandır.

Beləliklə, Rusiya millisi Avro-2020-yə aşağıda adları qeyd edilən 26 futbolçi ilə yollanacaq.

Qapıçılar: Anton Şunin, Yuri Dyupin, Matvey Safonov.

Müdafiəçilər: Georqi Cikiya, Mario Fernandes, İqor Diveyev, Yuri Jirkov, Vyaçeslav Karavayev, Fyedor Kudryaşov , Andrey Semenov.

Yarımmüdafiəçilər: Dmitri Barinov, Rifat Cemaletdinov, Maksim Muxin, Aleksandr Qolovin, Daniil Fomin , Roman Zobnin, Aleksey İonov, Daler Kuzyayev, Andrey Mostovoy, Maqomed Ozdoyev, Denis Makarov, Aleksey Mirançuk, Denis Çerışev.

Hücumçular: Artem Dzyuba, Anton Zabolotnıy, Aleksandr Sobolev.