07/06/2021
10:40
1697
| A A A
Avropa Çempionatının qalibi bilindi

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda baş tutan finalda Almaniya və Portuqaliya üz-üzə gəlib.

Gürcüstandan olan hakimlər briqadasının idarə etdiyi oyun almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 49-cu dəqiqəsində Lukas Nmeça vuraraq komandasına Avropa çempionluğu qazandırıb.