07/06/2021
15:25
1131
| A A A
Avropa çempionatının ən yaxşı futbolçusu bilindi

21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, Portuqaliya yığmasının yarımmüdafiəçisi Fabio Vieyradır. Vieyra turnirdə 6 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

21 yaşlı futbolçu Portuqaliyanın Porto klubunda çıxış edir və “transfermarkt”da dəyəri 9 milyon avrodur.

Almaniyanın U-21 millisi Avropa çempionatının finalında Portuqaliyanı minimal hesabla məğlub edərək (1:0) qalib olub.