09/06/2021
14:27
1111
| A A A
İspaniya millisində koronavirusa növbəti yoluxma

İspaniya millisi AVRO-2020-də İsveçlə matça bir neçə gün qalmış növbəti itki ilə üzləşib.

Goal.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Komandanın oyunçularından Dieqo Llorente koronavirusa yoluxub.

Daha əvvəl S.Busqetsdə də koronovirus aşkarlanıb.

Qeyd edək ki, İspaniya - İsveç matçı iyunun 14-də keçiriləcək.