09/06/2021
14:55
2429
| A A A
AVRO-2020: Açılış matçına qadın hakim təyinat aldı

İtaliya və Türkiyə yığmaları arasında AVRO-2020-nin açılış matçının təyinatları müəyyənləşib.

Goal.az xəbər verir ki, A qrupunda keçiriləcək görüşü Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

38 yaşlı referiyə Hessel Stiqstra və Yan de Vris yardımçı olacaq. 4-cü hakim funksiyasını fransalı qadın referi Stefani Frappar yerinə yetirəcək. Görüşün VAR hakimi isə niderlandlı Kevin Blum olacaq.

Qeyd edək ki, İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada oynanılacaq. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.