09/06/2021
21:37
2197
| A A A
Benzemanın son durumuna aydınlıq gəldi

Fransa millisinin futbolçusu Kərim Benzemanın zədəsinin durumu müəyyənləşib.

Goal.az xəbər verir ki, Real-ın hücumu 2-3 gündən sonra məşqlərə qayıda biləcək. Bolqarıstanla yoldaşlıq görüşündə zədələnən futbolçunun ayaq budunun bir gecədə normal vəziyyətə gəldiyi vurğulanıb.

Benzema böyük ehtimalla Avro-2020-də Almaniya ilə açılış matçında (15 iyun) komandasında kömək edə biləcək.