14/06/2021
12:27
1524
| A A A
Türkiyə - Uels oyununun hakimləri bilindi

AVRO-2020-nin A qrupunun 2-ci turunda Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçı Portuqaliya Futbol Federasiyasından Artur Diaş idarə edəcək. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək göstərəcək. Dördüncü hakim funksiyasını Polşa Futbol Federasiyasında Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə Joau Pineyro (Portuqaliya) olacaq.

Qeyd edək ki, iyunun 16-ı keçiriləcək görüş saat 20:00-da başlayacaq.