15/06/2021
13:53
2176
| A A A
Məşhur qapıçı tarixə keçdi

Avropa çempionatları tarixində ilkə imza atılıb.

Goal.az xəbər verir ki, bu, E qrupunun Polşa - Slovakiya (1-2) matçında baş verib. 18-ci dəqiqədə Polşa millisinin yarımmüdafiəçisi Robert Makın vurduğu zərbədən sonra top dirəyə dəyib, daha sonra qapıçı Voyçex Şesniyə dəyərək tora daxil olub. Beləliklə, qolkiperdən avtoqol qeydə alınıb.

Bununla da Şesni Avropa çempionatları tarixində ilk qapıçı avtoqolunun müəllifi olub.