20/06/2021
10:55
1709
| A A A
AVRO-2020: III tura start verilir

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Goal.az xəbər verir ki, 10-cu oyun günündə 3-cü tura 2 oyunla start veriləcək. A qrupunda Türkiyə millisi Bakıda İsveçrə ilə qarşılaşacaq. Ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq istəyən kollektiv son şansından yararlanaraq rəqibini məğlub etməlidir.

Digər matçda isə artıq pley-offa vəsiqəni təmin edən İtaliya Uelslə üz-üzə gələcək.

Avropa çempionatı

A qrupu, 3-cü tur

20:00. İsveçrə - Türkiyə

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Bakı Olimpiya Stadionu.

20:00. İtaliya - Uels

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

Roma, "Olimpiko" stadionu.