21/06/2021
15:14
1995
| A A A
Şotlandiya millisində koronavirus şoku

Şotlandiya milli komandasının futbolçusu Billi Gilmorun koronavirus testi müsbət nəticə verib.

Goal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 10 günlük karantinə alınıb. O, komandasının iyunun 22-də Qlazqoda Xorvatiyaya qarşı keçirəcəyi matçı buraxmalı olacaq. Gilmorda COVID-19 virusunun nə zaman aşkarlandığı açıqlanmır.

Qeyd edək ki, iki turdan sonra Şotlandiya yığması 1 xalla 4-cü yerdə gedir.