21/06/2021
17:22
3614
| A A A
AVRO-2020: Almaniya millisində ağır itki

Almaniya millisi ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, komandanın liderlərindən olan Tomas Müller zədələnib.

DÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Portuqaliya ilə görüşdə diz bağlarından xəsarət alan hücumçu bugünkü məşqdə iştirak etməyib. Onun iyunun 23-də Macarıstanla keçiriləcək qrupun sonuncu görüşündə iştirak etməyəcəyi bildirilib. 31 yaşlı hücumçu komandası 1/8 finala çıxacağı halda bu mərhələninin oyununu da buraxa bilər.