22/06/2021
16:52
3999
| A A A
AÇ-2020: Qrupu sonuncu bitirən komandada baş məşqçi ayrılığı

Şimali Makedoniya millisinin baş məşqçisi İqor Anqelovski vəzifəsindən ayrılacaq.

Goal.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunun Niderlandla oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib. O, Şimali Makedoniya millisi ilə müqaviləsinin müddətinin iyulda bitdiyini və yığmadan ayrılacağını deyib.

Anqelovski 2015-ci ildən Şimali Makedoniya millisini çalışdırırdı.

Şimali Makedoniya millisi AÇ-2020-nin C qrupunu sonuncu sırada bitirib.