23/06/2021
10:40
1869
| A A A
AVRO-2020: Bu gün qrup mərhələsinə yekun vurulur

Avropa çempionatı davam edir.

Goal.az xəbər verir ki, bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulacaq.

Sonuncu gündə E və F qruplarında bütün suallara aydınlıq gəlmiş olacaq. Əvvəlcə E qrupu çərçivəsində Slovakiya - İspaniya və İsveç - Polşa oyunları baş tutacaq.

Daha sonra F qrupunda Portuqaliya Fransayla, Almaniya isə Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək.

AVRO-2020

E qrupu

20:00. Slovakiya – İspaniya

Baş hakim: Byörn Kuypers (Niderland).

Sevilya. “La Kartuxa” stadionu.

20:00. İsveç – Polşa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Sankt-Peterburq. Yeni Zenit stadionu.

İsveç – 4, Slovakiya – 3, İspaniya – 2, Polşa – 1.

F qrupu

23:00. Portuqaliya – Fransa

Baş hakim: Antonio Mateu Lahos (İspaniya).

Budapeşt. “Puşkaş Arena”.

23:00. Almaniya – Macarıstan

Baş hakim: Sergey Karasyov (Rusiya).

Münhen. “Alyans Arena”.

Fransa – 4, Almaniya – 3, Portuqaliya – 3, Macarıstan – 1.