23/06/2021
12:28
1782
| A A A
Modriç tarixə keçdi

Xorvatiya milliinin kapitanı Luka Modriç maraqlı göstəriciyə imza atıb.

Goal.az xəbər verir ki, o, Xorvatiyanın Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçusu olub. Modriç 35 yaş 286 günündə Şotlandiya ilə AVRO-2020-nin matçında (3:1) bir dəfə fərqlənib.

Bununla yanaşı Modriç həm də Xorvatiyanın millisinin Avropa çempionatlarında qol vuran ən gənc futbolçusudur. O, AVRO-2008-də, 22 yaş 273 günlüyündə Avstriyaya qarşı matçda rəqib qapısına yol tapıb.