23/06/2021
14:56
1722
| A A A
AVRO-2020: Niderland millisinin hücumçusu heyətdən çıxarıldı

Niderland millisinin futbolçusu Lük De Yonq Avropa çempionatının digər görüşlərindən iştirak edə bilməyəcək.

Goal.az xəbər verir ki, 31 yaşlı hücumçu məşq zamanı dizindən zədə aldığı üçün heyətdən çıxarılıb.

Baş məşqçi Frank De Bur onun yerinə hansısa futbolçunu yığmaya cəlb edə bilməyəcək.

Qeyd edək ki, Niderland seçməsi C qrupunu 9 xalla birinci pillədə bitirərək 1/8 final mərhələsinə yüksəlib.