29/06/2021
09:40
1222
| A A A
Xorvatiya - İspaniya oyununun ən yaxşısı bilindi

AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya - İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.

32 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, Xorvatiya - İspaniya matçı 3:5 hesabıyla başa çatıb.