29/06/2021
10:50
2252
| A A A
AVRO-2020: 1/8 final mərhələsinə yekun vurulur

Bu gün AVRO-2020-nin 1/8 final mərhələsina yekun vurulacaq.

Goal.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutacaq. Əvvəlcə Londondakı “Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gələcək.

Günün digər qarşılaşması isə Qlazqodakı “Hempden Park” stadionunda keçiriləcək. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaq.

AVRO-2020

1/8 final

20:00. İngiltərə – Almaniya

Baş hakim: Danni Makkeli (Niderland).

London. “Uembli” stadionu.

23:00. İsveç – Ukrayna

Baş hakim: Daniele Orsato (İtaliya).

Qlazqo. “Hempden Park” stadionu.