Zinçenko hamını qabaqladı
AVRO-2020-nin 1/8 finalında keçirilən İsveç - Ukrayna oyununun (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.
Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu Ukrayna millisinin üzvü Aleksandr Zinçenkodur.
O, komandasının ilk qolunun müəllifi olub, eyni zamanda 2-ci qolun ötürməsini verib.