04/07/2021
10:55
883
| A A A
Keyn ən yaxşı seçildi

AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Ukrayna - İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib.



Goal.az xəbər verir ki, İngiltərə yığmasının hücumçusu Harri Keyn bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. İngiltərə millisinin iki qolunu da məhz Keyn vurub.

Qeyd edək ki, İngiltərə yığması Ukrayna ilə oyundan 4:0 hesabıyla qalib ayrılıb və yarımfinalda Danimarka ilə qarşılaşmaq hüququ qazanıb.