İtaliya millisi AVRO-2020-nin qalibi oldu
Bu gecə Avro-2020-nin qalibi müəyyənləşib.
Goal.az xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə (ilk dəfə Avro-1968) Avropa çempionatını qazanıb.
İngiltərə isə tarixində ilk dəfə final görüşünə çıxıb.
Xatırladaq ki, Avro-2020 Bakı da daxil olmaqla Avropanın 11 şəhərində keçirilib.