13/07/2021
12:23
3174
| A A A
UEFA AVRO-2020-nin rəmzi komandasını açıqladı

UEFA AVRO-2020-nin rəmzi komandasını açıqlayıb.

Goal.az xəbər verir ki, rəmzi heyətdə çempion İtaliya millisindən üç futbolçu yer alıb.

Finalda İtaliyaya penaltilərlə uduzan İngiltərə yığmasından da üç futbolçu rəmzi heyətə düşüb.

Qapıçı: Canluici Donnarumma (İtaliya)

Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinattsola (hər ikisi İtaliya)

Yarımmüdafiəçilər: Jorjinyo, Federiko Kyeza (hər ikisi İtaliya), Pyer-Emil Höybyerq (Danimarka), Pedri (İspaniya)

Hücumçular: Romelu Lukaku (Belçika), Rəhim Sterlinq (İngiltərə)