07/10/2021
20:19
3369
| A A A
AVRO-2024-ün püşkatma tarixi bilindi

2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub.

Goal.az xəbər verir ki, tədbir oktyabrın 9-u Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Püşkatmanın nəticələrindən asılı olaraq 54 milli komanda səbətlərə bölünəcək.

Qeyd edək ki, Avro-2024-ə Almaniya ev sahibliyi edəcək. Turnirin final matçları Hamburq, Leyptsiq, Düsseldorf, Dortmund, Berlin, Köln, Qelzenkirxen, Münhen, Frankfurt və Ştutqart şəhərlərində keçiriləcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI