İtaliya Avropa çempionatına ev sahibliyi etmək istəyir
İtaliya Futbol Federasiyası Avro-2032-yə ev sahibliyi etmək niyyətində olduğunu rəsmən açıqlayıb.
Goal.az xəbər verir ki, 2028 və 2032-ci il Avropa Çempionatlarına ev sahibliyi etmək hüququ üçün müraciət prosesi martın 23-də başlayacaq və müraciət üçün son tarix 12 aprel 2023-cü il olacaq. UEFA-nın yekun qərarı həmin ilin sentyabrında veriləcək.