14/10/2022
17:24
1292
| A A A
UEFA AVRO-2025-ə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb

UEFA 2025-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, turniri keçirmək üçün 7 ölkə müraciət edib.

Fransa, Polşa və İsveçrə ilə yanaşı, Danimarka, Finlandiya, Norveç və İsveç Avropa çempionatını birgə təşkil etmək istəyini UEFA-ya rəsmi şəkildə bildirib.

Qurum ev sahibi ölkənin adını 2023-cü ilin yanvarında açıqlayacaq. (report)