24/03/2019
10:05
2910
| A A A
AVRO-2020-nin seçmə mərhəsində II tura start verilir

Bu gün AÇ-2020-nin seçmə mərhələsində II tura start veriləcək.  Goal.az xəbər verir ki, dörd qrupda 10 qarşılaşma keçiriləcək.

Azərbaycan millisinin mübarizə apardığı E qrupunda iki oyun baş tutacaq. Yığmamızın istirahət etdiyi turda Macarıstan Xorvatiya ilə, Slovakiya Uelslə üz-üzə gələcək.

Günün matçı C qrupunda keçiriləcək. Almaniya və Hollandiya milliləri Amsterdamda qarşılaşacaq. Qrupun digər görüşündə Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

G qrupunun Polşa – Latviya oyununu azərbaycanlı hakimlər idarə edəcək. Matçın baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Qrupun digər görüşlərində İsrail Avstriya ilə, Makedoniya isə Sloveniya ilə qarşılaşacaq.

İ qrupunda seçmə mərhələyə qələbə ilə başlayan Kiprlə Belçika Nikosiyada münasibətlərini aydınlaşdıracaq. İlk turda darmadağında üzləşən San-Marino ilə Şotlandiya isə “cırtdanlar”ın meydanında görüşəcək. Qazaxıstan isə Rusiyanı qəbul edəcək.

Qeyd edək ki, II turun digər oyunları martın 25-26-da keçiriləcək.

AÇ-2020-nin seçmə mərhələsi24 mart

C qrupu

23:45. Hollandiya – Almaniya

23:45. Şimali İrlandiya – Belarus

E qrupu

21:00. Macarıstan – Xorvatiya

18:00. Uels – Slovakiya

G qrupu

23:45. Polşa – Latviya

21:00. İsrail – Avstriya

23:45. Sloveniya – Makedoniya

İ qrupu

18:00. Qazaxıstan – Rusiya

21:00. San-Marino – Şotlandiya

23:45. Kipr – Belçika

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40025 səs