27/03/2019
12:21
3096
| A A A
“Futbolda səni cənnətdən cəhənnəmə qovurlar”

Danimarka millisinin baş məşqçisi Oqe Xerayde AVRO-2020-nin təsnifat mərhələsində İsveçrə ilə oyunu şərh edib.

Goal.az xəbər verir ki, birinci yarıda 0:3 hesabla məğlub olan danimarkalılar matçın sonlarında hesabda tarazlıq yarada bilib - 3:3.

“Müəmmalı oyun oldu. Birinci yarıda komandamı tanıya bilmədim. Fasilədə futbolçularımla söhbət etdim. Dedim ki, məğlubiyyətlə barışmaq bizə yaraşmaz. İkinci yarıda xarakter ortaya qoyduq. Fantastik oyun sərgilədik. Matçın ilk dəqiqələrindən belə oynamaq lazım idi. Futbolda səni cənnətdən cəhənnəmə qovurlar. Bəzən isə əksinə. Buna görə uzun illərdir futboldayam. Avropa çempionatında iştirak etmək istəyirik. Bu, ən böyük istəyimizdir”,- mütəxəssis deyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs