07/06/2019
10:00
2830
| A A A
AVRO-2020-nin seçmə mərhələsində III tura start verilir

Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə 5 qrupda 12 qarşılaşma təşkil olunacaq. A, B və D qruplarında 2, F və G qruplarında isə 3 matç keçiriləcək.

A qrupda hələ ki, xalsız olan Çexiya Bolqarıstanı qəbul edəcək. UEFA Millətlər Liqasında qrup qaliblərindən Kosovo isə Monteneqronun qonağı olacaq.

B qrupunun autsayderi Litva yığması Lüksemburqla, lider Ukrayna Serbiya millisi ilə manasibətlərə aydınlıq gətirəcək.

İlk iki oyunda məğlub olan Gürcüstan ilk qələbəsini Cəbəllütariqlə qarşılaşmada qazanmağa çalışacaq. Danimarka isə qrupun lideri İrlandiya ilə üz-üzə gələcək. 

F qrupunun favoriti İspaniya autsayder Farer adalarının qonağı olacaq. İsveç Malta ilə, Norveç Rumıniya ilə üz-üzə gələcək.

Nəhayət, G qrupunun autsayderləri Avstriya və Latviya yığmaları növbəti görüşlərini evdə keçirəcəklər. Onlar müvafiq olaraq Sloveniya və İsrail milliləri ilə qarşılaşacaq. Lider Polşa isə Makedoniyanın qonağı olacaq.

AVRO-2020, seçmə mərhələIII tur7 iyunA qrupu

22:45. Çexiya – Bolqarıstan

22:45. Monteneqro – Kosovo

Xal durumu: 

İngiltərə - 6 (2 oyuna) , Bolqarıstan – 2 (2), Kosovo – 1 (1), Monteneqro - 1, (2) Çexiya - 0. (1)

B qrupu

22:45. Litva – Lüksemburq

22:45. Ukrayna – Serbiya

Xal durumu: 

Ukrayna – 4 (2 oyuna), Lüksemburq – 3 (2), Portuqaliya – 2 (2), Serbiya – 1(1), Litva – 0 (1).

D qrupu

22:45. Gürcüstan - Cəbəllütariq

22:45. Danimarka – İrlandiya

Xal durumu:

 İrlandiya – 6 (2 oyuna), İsveçrə - 4 (2), Danimarka – 1 (1), Cəbəllütariq – 0 (1), Gürcüstan – 0 (2).

F qrupu

22:45. Farer adaları - İspaniya

22:45. İsveç - Malta

22:45. Norveç – Rumıniya

Xal durumu:

 İspaniya – 6, İsveç – 4 , Rumıniya – 3 , Malta - 3, Norveç - 1, Farer adaları - 0.

G qrupu

22:45. Avstriya – Sloveniya

22:45. Makedoniya – Polşa

22:45. Latviya – İsrail

Xal durumu: 

Polşa - 6, İsrail - 4, Makedoniya - 4, Sloveniya - 2, Avstriya - 0, Latviya - 0.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40025 səs