Almaniya yığmasında itki
Almaniya millisinin heyətində ciddi itki baş verib.
Goal.az xəbər verir ki, yığmanın müdafiəçisi Mattias Ginter zədələnib. Şimali İrlandiyaya qarşı keçirilən oyunda zədələnən Ginter, qarşılaşmanın 40-cı dəqiqəsində əvəzlənib.
Borussia Monchengladbach-ın şərəfini qoruyan müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.
Almaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsinin 6-cı turunda Şimali İrlandiya yığmasını 2:0 hesabıyla məğlub edib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR