14/10/2019
14:53
1303
| A A A
Fransa - Türkiyə matçını 40 min türk azarkeş izləyəcək

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turunda Fransa ilə Türkiyə milli komandaları üz-üzə gələcək.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Stad de Frans”da keçiriləcək qarşılaşma üçün satılan bilet sayı məlum olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə, Fransa – Türkiyə oyununa 78 min bilet satıldığı bildirilib. Stadiondakı azarkeşlərin 40 minə yaxınının türk olacağı gözlənilir. Stadion daxilində 1400 mühafizə işçisi olacaq.

Bu gün keçiriləcək Fransa – Türkiyə oyunu saat 22:45-də start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs