16/11/2019
10:49
2437
| A A A
Mançini İtaliya yığmasının tarixinə düşdü

İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi uğura imza atıb.

Goal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.

Təcrübəli məşqçi AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovinanı məğlub etdikləri (3:0) oyunda buna nail olub.

İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib.

Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçi Vittorio Pozzoya aid idi.

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin final mərhələsinə vəsiqəni öncədən təmin edib.

money.az currency