17/11/2019
20:54
3069
| A A A
Portuqaliya millisi növbəti mərhələyə yüksəldi

Portuqaliya millisi gələn il keçiriləcək Avropa çempionatına vəsiqəni təmin edib.

Goal.az xəbər verir ki, bu gün seçmə mərhələnin 10-cu turunda səfərdə Lüksemburqu 2:0 hesabı ilə məğlub edən komanda xalını 17-ə çatdıraraq qrup ikincisi kimi qitə çempionatında iştirak hüququnu qazanıb. Qolları Bruno Fernandeş (39) və Kriştiano Ronaldo (86) vurub.

Ukrayna millisi isə 20 xalla qrup birincisi olub.