Van Dayk millinin düşərgəsini tərk etdi
Vircil van Dayk Niderland yığma komandasının düşərgəsini tərk edib.
Goal.az xəbər verir ki, Liverpool-da çıxış edən ulduz futbolçunun millidən vaxtından öncə ayrılmasının dəqiq səbəbi açıqlanmır.
Sadəcə Van Daykin şəxsi məsələlərlə əlaqədar düşərdən ayrıldığı bildirilir. 28 yaşlı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə bitən kimi Liverpool-un düşərgəsinə dönəcək.
Qeyd edək ki, AVRO-2020-yə vəsiqəni təmin etmiş Niderland yığması noyabrın 19-da son tur çərçivəsində doğma meydanda Estoniya ilə qarşılaşacaq.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ