16/11/2020
19:39
2576
| A A A
Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.

Goal.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.

Cabbarova Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.