19/11/2020
11:28
2814
| A A A
Holand birinci oldu

Norveç millisinin futbolçusu Erlinq Holand Millətlər Liqasının qrup mərhələsinin ən yaxşı bombardiri olub.

Goal.az xəbər verir ki, 20 yaşlı hücumçu yığmanın heyətində 4 oyunda 6 qol vurub. Bu, turnirin bütün iştirakçıları arasında ən yaxşı nəticədir.

Bombardirlik yarışında İsrail millisinin üzvü Eran Zahavi və Belçika yığmasının futbolçusu Romelu Lukaku 5 qolla 2-ci yeri bölüşdürüblər. Sokol Tsikaleşi (Albaniya) və Kristian Eriksen (Danimarka) hərəyə 4 dəfə fərqlənməklə növbəti sırada qərarlaşıblarş

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11275 səs