09/06/2022
15:17
1251
| A A A
Əliyar Ağayev Yunanıstanda final oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.

Goal.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 35 yaşlı ədalət təmsilçisi çempionatda qalmaq uğrunda Veria və Lamia arasındakı ilk final qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Qeyd edək ki, matç iyunun 11-də baş tutacaq.