14/12/2022
12:00
1931
| A A A
AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

Futbol üzrə Almaniya millisinin 2024-cü il Avropa çempionatına hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb.

Goal.az xəbər verir ki, komitədə 5 nəfər - Karl-Haynts Rummenigge, Oliver Kan, Rüdi Föller, Mattias Zammer və Oliver Mintslaff yer alıb.

DFB prezidenti Bernd Neyendorfun sözlərinə görə, qrupun missiyası yığmaya Almaniyada keçiriləcək AVRO-2024-ə hazırlaşmağa kömək etməkdir.

Qeyd edək ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsini 3-cü pillədə başa vuraraq mübarizəni dayandırıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI