14/08/2019
15:19
12600
| A A A
ÇL-dan kənarda qalan Porto milyonlar itirdi

Çempionlar Liqasının III təsnifat mərhələsində evdə Krasnodar-a 2:3 hesabı ilə məğlub olan Porto klubu Avropa Liqasına yuvarlanıb.

Goal.az xəbər verir ki, Çempionlar Liqasından kənarda qalan Portuqaliya təmsilçisi qrup mərhələsindəki iştiraka və son 10 ildə avrokuboklardakı uğurlu çıxışa görə təyin edilən bonusu (44 milyon avro) əldən qaçırıb.

Porto-nun uğursuzluğundan Benfica yararlanacaq. Sözügedən klubu televiziya yayımından əldə ediləcək gəlirin 100%-nə sahib çıxacaq. Əgər bir ölkənin iki nümayəndəsi qrup mərhələsində yer alırsa, TV yayımının gəlirləri müvafiq olaraq 55%-in 45% nisbətində çempionun xeyrinə bölüşdürülür.

Qeyd edək ki, Porto yoluna Avropa Liqasında davam edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40155 səs