14/08/2019
15:58
1752
| A A A
UEFA reytinqində 2 yerdəyişmə

Avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunları davam edir.

Goal.az xəbər verir ki, ötən gecə Çempionlar Liqasında 10, Avropa Liqasında isə 3 görüş keçirilib.Bu qarşılaşmalardan sonra UEFA reytinqində 2 yerdəyişmə olub. Reytinqdə qonşu olan ölkələrdən Danimarka Çexiyanı, Rumıniya da Lixtenşteyni qabaqlayıb. Azərbaycan isə xal ehtiyatını artıra bilməyib. Buna Qarabağ-ın Çempionlar Liqasında öz meydanında APOEL-ə məğlubiyyəti səbəb olub.

Ölkəmizin cari mövsümdəki qazancı 2,125 xalda qalıb. Azərbaycan son 5 mövsümün ümumi nəticələrinə əsasən 17,500 xalla 26-cı pillədə qərarlaşıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5907 səs