22/08/2019
12:20
2769
| A A A
Fransalı hücumçu Qarabağ-da nə qədər qazanacaq?

Qarabağ-ın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.

Ağdam təmsilçisi 29 yaşlı hücumçu ilə 2 illik sözləşmə imzalayıb. Seneqal əsilli forvardın 1 illik qazancı isə 420 min dollar təşkil edəcək.

Qeyd edək ki, Maqaye Qeye son olaraq Türkiyənin Osmanlıspor klubunda çıxış edib. O, karyerası ərzində Fransanın Strasbourg, Brest, İngiltərənin Everton, Milloull və Türkiyənin Adanaspor komandalarının formasını geyinib. "Qarabağ" futbolçunun keçidini elan edən zaman transferin detallarını açıqlamayıb. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33452 səs