06/09/2019
18:00
1249
| A A A
Qəbələ-nin APOEL ilə oyunlarının vaxtı dəyişdirildi

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.

Goal.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq. Nikosiyadakı matç oktyabrın 2-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab oyunu oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33803 səs