07/09/2019
12:52
1332
| A A A
Manchester City-nin sahibləri Hindistandan klub alır

Manchester City-nin sahibləri Hindistandan klub almağa hazırlaşırlar.

Goal.az xəbər verir ki, “şəhərlilər”in səhmlərinin sahibi olan City Football Group şirkəti Hindistanın Mumbai City klubunu almaq niyyətindədir. Bu barədə İngiltərənin “Daily Mail” nəşri məlumat yayıb. Manchester City-nin icraçı direktoru Ferran Soriano Çin və Hindistan klubları ilə maraqlandıqlarını bildirib:

“Çin və Hindistan klubları ilə maraqlanırıq. İki ildir ki, Hindistan variantına üstünlük veririk. Düşünürəm ki, bu il sərmayə qoyacağıq”.

Girona, New-York City, Melbourn City kimi klubların səhmlərinin bir hissəsi City Football Group şirkətinə məxsusdur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33808 səs